“Mats Hummels”in yeni komandası üçün sürpriz iddia

Bakı, 23 iyul, Sporaz.tv

Real MadridBorussia Dortmundan ayrılan Mats Hummelslə maraqlanır.

Sporaz.tv məlumat verir ki, Avropada yeni mövsümün başlamasına az qalmış Mats Hummels hələ heç bir komanda ilə müqavilə imzalamayıb.

Yay transfer dövründə heyətini müdafiəçi ilə gücləndirmək istəyən və Leny Yoro ilə maraqlanan “Real Madrid” gənc müdafiəçini heyətinə qata bilməyib.

Bu bölgə üçün transfer səylərini davam etdirən Real Madriddə Mats Hummels adı gündəmə gəldi.

“Real Madrid”in Mats Hummelslə maraqlandığı və bu səbəbdən təcrübəli müdafiəçinin Bologna ilə danışıqlarının səngidiyi bildirilib.

Hummelsin transfer haqqı olmadan və uyğun maaşla komandaya qoşulma ehtimalı olduğundan bu transferin Real Madrid üçün uyğun ola biləcəyi bildirilib.

Futbol karyerasına “Bavariya”nın infrastrukturunda başlayan Mats Hummels 2009-cu ildə icarə əsasında çıxış etdiyi Borussia Dortmunda transfer olunub.

2016-cı ildə “Bavariya”ya qayıdan təcrübəli müdafiəçi 2019-cu ildə yenidən Dortmund “Borussia”sı ilə müqavilə imzalayıb.

Hummels ötən mövsümün sonundan sonra Dortmund “Borussia”sı ilə yollarını ayırıb.

Karyerası boyunca 701 matçda meydana çıxan 35 yaşlı futbolçu 59 qol vurub və 32 məhsuldar ötürmə edib.