Bakı, 4 sentyabr, Sporaz.tv
İngiltərə Premyer Liqa komandası West Ham United (Vest Hem Yunayted) heyətinə daha bir mərkəz müdafiəçisi qatmaq istəyir.
Sporaz.tv xəbər verir ki, London komandasının siyahısında “Borussia Dortmund”-dan ayrılan Mats Hummels, Liverpool ilə müqaviləsi bitən Joel Matip və son olaraq “Sheffield United”-də çıxış edən John Eganın olduğu bildirilib.
Xarici mediada Mats Hummels-in İtaliyanın “Roma” komandasına da təklif edildiyi, lakin iqtisadi orta yol tapılmadığı üçün danışıqların dayandırıldığı iddia edilib.
Daha əvvəl İspaniyadan “Real Sosyedad”la qarşılaşan Hummels üçün West Ham United (Vest Hem Yunayted) -“in iqtisadi şərtləri ödəyə biləcəyi bildirilib.
West Ham United komandası, bu yay Max Kilman və Jean-Clair Todibonu heyətinə qatmaq üçün ümumilikdə 74 milyon funt sterlinq ödəyib.
Premyer Liqada yay transfer pəncərəsi avqustun 30-u cümə günü başa çatıb. Ancaq, komandaların bu cümə gününə qədər transfer etmək hüququ var.