Mats Hummels transferə hazırlaşır

Bakı, 25 avqust, Sporaz.tv

İspaniya La Liqa komandalarından olan “Real SociedadMats Hummelsi heyətinə qatmaq istəyir.

Sporaz.tv xəbər verir ki, “Borussia Dortmund” ilə müqaviləsi başa çatdıqdan sonra adı bir çox komandalarda hallanan Mats Hummels hələ də klubla müqavilə imzalamayıb.

Təcrübəli müdafiəçi ilə maraqlanan sonuncu komanda İspaniyanın La Liqa təmsilçisi “Real Sociedad”dır.

Hummels və Real Sosyedadın transfer üçün danışıqlar aparır və təcrübəli müdafiəçinin qərarı gözlənilir.

Hummelsin transferlə bağlı qərarının maliyyə məsələləri ilə bağlı olmadığı, 35 yaşlı futbolçunun ailəsini düşündüyü bildirilib.

Mats Hummels futbolçu karyerasına “Bayern Munich”in akademiyasında başlayıb və 2007-ci ildə əsas komandasına yüksəlib.

Hummels 2009-cu ildə “Borussia Dortmund”a icarəyə götürülüb, növbəti mövsümdə isə burada icarəyə götürülüb. Alman müdafiəçi 2016-cı ildə “Bayern Munich”ə qayıdıb.

Təcrübəli futbolçu 2019-cu ildə 3 il çıxış etdiyi “Bayern Munich”dən ayrılaraq yenidən “Borussiaa Dortmund”la anlaşıb.

Mats Hummels karyerası ərzində 701 matçda 59 qol vurub və 32 məhsuldar ötürmə edib.

Bahar Rüstəm