Mathias Rossun sürpriz talibi

Bakı, 15 iyul, Sporaz.tv

Ötən mövsümü icarə əsasında “NEC Nijmegen“də keçirən Mathias Rossa yeni talib çıxıb. Çexiyanın “Sparta Praqa” komandasının 23 yaşlı müdafiəçi üçün “sarı-qırmızılılar”ın qapısını döyəcəyi iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, “Galatasaray“ın 2022-ci ildə “Aalborg”dan heyətinə qatdığı Matias Ross ötən mövsümü icarə əsasında “NEC Nijmegen”də keçirib. Mövsüm bitdikdən sonra “Galatasaray”a qayıdan danimarkalı müdafiəçinin yolu yenidən açılıb.

“Sparta Praqa” Marhias Rossla maraqlanır. Çexiya komandasının “Galatasaray”a almaq opsiyonu ilə icarə təklifi edəcəyi iddia edilirdi.

“Sparta Praqa” tərəfindən edilən təklifdə satın alma dəyərinin 1,5 milyon avro ətrafında olacağı gözlənilir.

Bahar Rüstəm