Bakı, 20 noyabr, Sporaz.tv
Felipe Massa bu yaxınlarda tənqid edilən Maks Verstappenin sürücülük tərzini tərifləyib.
Sporaz.tv xəbər verir ki, Mövsümün ikinci yarısında Verstappen və Norris arasında titul uğrunda mübarizə zamanı bir sıra mübahisəli hadisələr baş verib.
Adətən britaniyalı sürücü daha pis vəziyyətdə olsa da, Meksikada Verstappenə verilən 20 saniyəlik penalti böyük müzakirələrə səbəb olub. Həmin həftəsonundan sonra Verstappen yenidən çoxlu tənqid hədəfinə çevrildi və bir çox insan ona oxşar hadisələrin yaşandığı 2021-ci il mövsümünü xatırlatdı. Felipe Massa Verstappenin sürücülük tərzini və psixologiyasını bəyəndiyini bildirib.
Braziliyalı pilot deyib: “Maks aqressiv maşın sürür; Ya sərhəddə olur, ya da bəzən sərhəddən kənara çıxır. Lando bunu çox da etmir. Mənim üçün Maks, şübhəsiz ki, bir nömrədir. Şəxsən mən onun mentalitetini sevirəm. Mənim də oxşar münasibətim olsaydı, karyeramda daha çox şeyə nail ola bilərdim”.
Məhəmməd Qasımov