Martin Braithwaite tərk etdiyi klubu almaq istəyir

Bakı, 4 avqust, Sporaz.tv

Gremio“da çıxış edən Martin Braithwaite İspaniya La Liqa komandalarından biri olan “Espanyol“un yeni sahibi olmaq istəyir. Təcrübəli hücumçunun klubun idarəetmə tərzini bəyənmədiyi üçün bu qərarı verdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm İspaniya 2-ci Liqasında pley-offdan La Liqaya yüksələn “Espanyol”dan ayrılan Martin Braithwaite klubu ilə bağlı sürpriz addım atmağa hazırlaşır.

“Marca”da çıxan xəbərdə 33 yaşlı hücumçunun “Espanyol”un idarəçilik tərzini bəyənmədiyi və rəhbərliklə problemlərinin olduğu, buna görə də komandanı almaq istədiyi bildirilib.

Braytwaite müqaviləsi başa çatdıqdan sonra komandadan ayrıldı və “Gremio”ya imza atdı.

Ötən mövsüm Martin Braytwaite “Espanyol”un heyətində 45 matçda iştirak edib.

Bu matçlarda Braithwaite 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braithwaite əvvəllər “Barcelona”, “Leganes”, “Middlesbrough”, “Bordeaux”, “Toulouse” və “Esbjerg” klublarında çıxış edib.

Bahar Rüstəm