Martial: “Manchester United həmişə mənim ürəyimdə olacaq”

Bakı,28 may,Sporaz.tv

Manchester United (Mançester Yunayted)-in futbolçusu Anthony Martial İngiltərə komandasını tərk etdiyini rəsmən açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Superliqa nəhəngləri ilə adı hallanan fransız futbolçu, yeni ünvanı ilə bağlı heç bir məlumat verməyib.

2015-ci ildən Manchester United (Mançester Yunayted)-də çıxış edən Anthony Martial, sosial media hesabında paylaşım edərək İngiltərə komandası ilə vidalaşıb.

MARTİAL: “Manchester United həmişə mənim ürəyimdə olacaq”.

Tanınmış futbolçu, Manchester United (Mançester Yunayted)-də ümumilikdə 317 oyun keçirib, ümumilikdə 90 qol vurub və 47 məhsuldar ötürmə edib.