Martial ilə sürpriz görüş

Bakı, 5 sentyabr, Sporaz.tv

Manchester United“lə yollarını ayıran Anthony Martial hələ ki, heç bir klubla razılaşmayıb. Fransız futbolçu ilə Braziliyanın “Flamengo” komandasının maraqlandığı və onunla əlaqə qurulduğu iddia edilib.

Sporaz.tv xəbər verir ki, 2015-ci ildən “Manchester United”ə transfer olunan Anthny Martial yayın əvvəlində İngiltərə komandası ilə vidalaşıb. Hələ heç bir klubla müqavilə imzalamayan 28 yaşlı futbolçu üçün yeni transfer iddiası irəli sürülüb.

Fabrizio Romanonun xəbərinə görə, Pedronun zədəsi səbəbindən uzun müddət meydanlardan uzaq qaldıqdan sonra “Flamengo” Anthony Martialı gündəmə gətirib. Braziliya komandasının fransız futbolçu ilə əlaqə saxladığı və danışıqlara başlayıb.

Anthony Martial “Manchester United” karyerasında ümumilikdə 317 oyun keçirib. Martial, bu matçlarda 90 qol vurub və 47 məhsuldar ötürmə edib.

Bahar Rüstəm