Mario Ruinin karyerası “Galatasaray”ın transfer gündəmində

Bakı, 12 avqust, Sporaz.tv

Çatışmayan sahələri gücləndirməyə hazırlaşan “Galatasaray“(Qalatasaray)-da sol cinah müdafiəçisi axtarışları davam edir. İtaliya mətbuatının yazdığına görə, sarı-qırmızılıların heyətində Mario Rui gündəmə gəlib. Effektiv sol ayağı və etibarlı müdafiəsi ilə diqqət çəkən portuqaliyalı sol cinah müdafiəçisinin “Napoli”də oynayarkən komandası ilə 2026-cı ilə qədər müqaviləsi var. Bəs Mario Rui kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Sporaz.tv məlumat verir ki, Portuqaliyalı sol cinah müdafiəçisi, Mario Rui 27 may 1991-ci ildə anadan olub. Sol cinah müdafiəçisindən əlavə, sol yarımmüdafiədə də oynaya bilər.

Bundan əlavə , futbolçu 2023-2024 mövsümündə 28 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

Mario Ruinin karyerasına Napoli, Empoli, Gubbio, Fatima, Roma, Spezia Calcio kimi komandalar daxildir.

Karyerası ərzində A Seriyasında 248 matça çıxan futbolçu 3 qol vurub, 28 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçu karyerasında 25 Çempionlar Liqası və 19 Avropa Liqası matçı keçirib.

Həmçinin Mario Rui İtaliya çempionluğunu, İtaliya Superkubokunu və Millətlər Liqasının çempionluğunu qazanıb.