Marco Reusdan sürpriz transfer!

Bakı, 18 iyul, Sporaz.tv

Uzun illər Almaniya Bundesliqasında çıxış edən  Borussia Dortmundda çıxış edən Marco Reusun yeni marşrutu müəyyənləşib.

Sporaz.tv məlumat verir ki, Marco Reus MLS komandalarından olan Los Angeles Galaxy ilə müqavilə imzalamağa hazırlaşır. 35 yaşlı ulduzun adı Superliqa klubları ilə də hallanıb.

Marco Reus 2012-ci ildə “Borussia Mönchengladbach”dan “Borussia Dortmund”a keçib.

2012-ci ildən Borussia Dortmundda çıxış edən Reus Almaniya komandası ilə Almaniya kubokunu 2 dəfə və Almaniya Superkubokunu 3 dəfə qazanıb. Reus 3 dəfə Bundesliqada mövsümün ən yaxşı oyunçusu seçilib.

“Borussia Dortmund”da 426 matça çıxan təcrübəli futbolçu 169 qol vurub, 130 məhsuldar ötürmə edib.