Marco Reus MLS-ə damğa vurdu

Bakı, 25 avqust, Sporaz.tv

MLS-də Marco Reusun 1 qol və 1 məhsuldar ötürmə ilə çıxış etdiyi matçda “Los Angeles Galaxy” komandası “Atlanta United“i 2:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, “Borussiya Dortmund”la müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılan və “Los Angeles Galaxy” ilə müqavilə imzalayan Marco Reus MLS-də ilk matçına çıxıb.

Ehtiyat oyunçular arasında “Atlanta United”lə qarşılaşmaya başlayan Reus oyuna sonradan qatılarkən komandasına qələbə qazandıran şəxs olub.

Matçın 62-ci dəqiqəsində Marco Delgadonun yerinə oyuna daxil olan Marco Reus 76-cı dəqiqədə Riqui Puigin qolunun ötürməsini edib. Reus 84-cü dəqiqədə hesabı açıb.

Daha sonra “Los Angeles Galaxy” forması ilə ilk matçında oyuna daxil olan təcrübəli oyunçu matçı 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb və komandasına qələbə qazandırıb.

“Los Angeles Galaxy” 52 xalla MLS Qərb Konfransında birinci yerdədir.

1995-ci ildə “Borussia Dortmund”un akademiyasına transfer edilən Marco Reus 2005-ci ildə komandadan ayrılaraq LR Ahlenin akademiyasına keçdi.

2006-cı ildə “Rot Weiss Ahlen” ilə əsas komandasına keçən Reus 3 il sonra “Borussia Mönchengladbach”a transfer olundu.

Marco Reus 12 il bu klubda oynayıb, 2012-ci ildə Dortmunda qayıdıb. Təcrübəli futbolçu ötən mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb.

Bahar Rüstəm