“Marco Reus” karyerasını yeni kollektiv ilə davam etdirə bilər

Bakı,11 may,Sporaz.tv

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu “Marco Reus”(Marko Roys) karyerasını ABŞ-nin “İnter Mayami” kollektivində davam etdirə bilər.

Sporaz.tv  xarici xarici mediaya istinadən məlumat verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Nassr” və Türkiyə Superliqa təmsilçilərinin bir neçəsi 34 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacaq futbolçunun hansı klubu seçəcəyi maraq doğurur.

Qeyd edək ki, M.Reus cari mövsüm dortmundluların heyətində 39 matçda meydana çıxıb və 8 qol vurub.