Marcao “Sevilla”dan ayrılmaq istəmir

Bakı, 19 iyul, Sporaz.tv

La Liqa təmsilçisi “Sevilla“da atılan Marcao komandadan ayrılmağı səbirsizliklə gözləmir.

 Sporaz.tv məlumat verir ki, “Sevilla”nın 2022-ci ilin yayında “Galatasaray”dan heyətinə qatdığı Marcao İspaniya komandasının gözləntilərini doğrulda bilmədi. “Sevilla” karyerasında tez-tez zədə alan Marcao üçün transfer iddiası gündəmə gəlib.

İspaniya mətbuatında yer alan xəbərə görə, “Sevilla” braziliyalı müdafiəçini gözdən qaçırıb. Marcaonun aldığı təkliflərin az olduğu və gözləntilərini doğrultmadığı qeyd edilib. 28 yaşlı müdafiəçinin bu səbəbdən “Sevilla”dan ayrılmaq istəmədiyi və İspaniya yığmasında özünü göstərmək istədiyi vurğulanıb.

Braziliyalı müdafiəçi cümə axşamı mövsümöncəsi məşqindən foto paylaşıb. Marcao bu paylaşıma “Yeni mövsüm, yeni arzular” sözlərini yazıb və komandada qalmaq istədiyi mesajını verib.

“Sevilla”ya transfer olunduqdan sonra Marcao zədə səbəbindən İspaniya yığmasında cəmi 21 matçda iştirak edib. Braziliyalı müdafiəçi bu matçlarda 1 dəfə qol sevinci yaşayıb. Cari bazar dəyəri 4 milyon avro olaraq göstərilən Marcaonun İspaniya komandası ilə müqaviləsi 2027-ci ilə qədər davam edir.