Marcao psixoloji müalicə aldı: “Mən yaxşı insan deyiləm”

Bakı, 18 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan “Sevilla“(Sevilya)-ya transfer olunan Marcao, son 2 ildə çox çətin günlər keçdiyini və psixoloji müalicə aldığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-dan “Sevilla”-ya transfer olunan Marcao, son 2 mövsümdə aldığı zədə səbəbindən formadan uzaq düşüb. Braziliyalı futbolçu “Sevilla”-da olduğu müddətdə psixoloji müalicə aldığını açıqlayıb.

Təcrübəli müdafiəçi SFC-yə müsahibəsində: “Aldığım zədələrə görə çox çətin iki il keçirdim. Ailəm mənə kömək etdi. Sonra psixoloqa müraciət etdim. Əvvəlcə bunun cəfəngiyyat olduğunu düşündüm, amma getdim. Psixoloq mənim üçün çox faydalı oldu. Mən vərdişlərimi dəyişdim.”- deyib.

Həyat yoldaşının məsləhəti ilə psixoloqa getdiyini ifadə edən Marcao: “Yaxşı insan deyildim. Yaxşı ata ola bilmədim. Ağrılarım var idi. Həyat yoldaşım mənə “Köməyə ehtiyacın var” deyirdi. Düz dedim və mütəmadi olaraq psixoloqa getdim”.- dedi.

Marcao: “Galatasaray”-la ümumilikdə 141 rəsmi oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə edib. 3-cü mövsümünə “Sevilla”-da başlayan Marcao, 27 dəfə İspaniya komandasının formasını geyinib.