“ManU” Erik ten Hag ilə “davam” dedi

Bakı, 4 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan Manchester United (Mançester Yunayted) 54 yaşlı holland məşqçi Erik ten Hagla müqaviləni uzadıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada, “Erik ten Hag, Manchester United-in baş məşqçisi kimi müqaviləsini 2026-cı ilin iyun ayına qədər uzadıb”-deyildi.

Açıqlamada fikirləri yer alan hollandiyalı çalışdırıcı deyib: “Klubla işləməyə davam etməyə razılaşdığım üçün çox şadam. Komandanın gözlənilən səviyyələrə çatması üçün çox çalışmaq lazımdır. Bu, İngiltərə və Avropada çempionluq uğrunda çətin mübarizə deməkdir”.