“Manisa FK”dan hücumçu

Bakı, 12 iyul, Sporaz.tv

Trendyol 1-ci Liqa komandalarından olan “Manisa FK” 30 yaşlı qanalı hücumçu Kwasi Okyere Wriedtlə müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, “Manisa FK” qanalı hücumçu Kwasi Okyere Wriedti heyətinə qatıb.

Klubdan verilən açıqlamada Wriedt ilə 1 illik razılığın əldə edildiyi bildirilib.

Açıqlamada fikirləri yer alan Kwasi Wriedt, Manisa FK ailəsinə qatıldığı üçün xoşbəxt olduğunu ifadə edərək, “Karyeramda yeni bir səhifə açıram və bunun üçün çox həyəcanlıyam. Komandam üçün çox çalışmaq istəyirəm. Manisa Futbol Klubunun hədəfləri və komandama ən yüksək səviyyədə qatqı təmin etmək” dedi.

Bahar Rüstəm