“Manchester United”transfer savaşında qalib gəldi

Bakı, 19 iyul, Sporaz.tv

İngiltərə klubu, Manchester United (Mançester Yunayted) və “Real Madrid”in heyətinə qatmaq üçün mübarizə apardığı Lille (Lill)-in gənc müdafiəçisi Leny Yoronun transfer savaşında qalib gəlib.

Sporaz.tv xəbər verir ki, İngiltərə Premyer Liqa komandalarından olan Manchester United (Mançester Yunayted) FransanınLille (Lill) komandasından 18 yaşlı müdafiəçi Leny Yoronu transfer edib.

Klubdan edilən şərhdə, “Fransız müdafiəçi 2029-cu ilin iyun ayına qədər bir illik uzadılması variantı ilə müqavilə imzaladı.”- deyildi.

Açıqlamada, “Cəmi 18 yaşı olan Yoro, Lille (Lill)-də 60 matçda iştirak edib. O, ötən mövsüm Liqa 1-də mövsümün komandasına seçilib və klubunun liqanı dördüncü sırada tamamlamasına kömək edib.”- məlumat verilmişdir.