Bakı, 29 oktyabr, Sporaz.tv
“Manchester United” Erik Ten Hagla yollarını ayırıb və “Sporting“in baş məşqçisi Ruben Amorimlə anlaşıb. İngiltərə nəhəngi Amorim üçün Portuqaliya təmsilçisinə 10 milyon transfer haqqı ödəyəcək.
Sporaz.tv xəbər verir ki, “Manchester United” tarixində Premyer Liqaya ən pis start verən Erik Ten Hag istefaya göndərilib. İngiltərə komandası hollandiyalı çalışdırıcıya 17 milyon avro təzminat ödəyəcək.
“Qırmızı şeytanlar” qısa müddətdə yeni baş məşqçisini tapıb. “Manchester United” “Sporting”in baş məşqçisi Ruben Amorim və onun klubu ilə anlaşıb.
Portuqaliya komandasının verdiyi açıqlamada “Manchester United” Amorim üçün 10 milyon avro ödəyəcək. Amorimin tezliklə Böyük Britaniyada olacağı gözlənilir.
Braqanın B komandasını çalışdıran Ruben Amorim 2019-2020-ci il mövsümünün mart ayında ilk komandanın məşqçisi olub. Portuqaliyalı çalışdırıcı həmin mövsüm “Braga”nın heyətində Portuqaliya kubokunu qazanıb. Amorim mövsümün sonunda 10 milyon avroya transfer qarşılığında “Sporting”ə keçdi.
Ruben Amorim “Sporting”dəki oyunu ilə heyran olduğu halda, 2-si liqa olmaqla 5 kubok qazandı. Amorimin “Sporting”i bu mövsüm liqada keçirdiyi 9 oyunun hamısında qalib gələrək 27 xal toplayıb.
“Sporting”i zirvəyə qaldırdıqdan sonra Avropanın sevimli məşqçilərindən birinə çevrilən Amorim Ten Hagdan sonra “Manchester United”in rəhbəri vəzifəsini icra edir. Britaniya nəhəngi bu transfer üçün 10 milyon avro ödəyəcək.
Bahar Rüstəm