“Manchester United”in hücumçu transferi

Bakı, 8 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqasında “Manchester United” “Bologna”nın hücumçusu Joshua Zirkzeeni heyətinə qatmağa hazırlaşır. “Manchester United”in transferin son mərhələsində olduğu bildirilib.

Sporaz.tv xəbər verir ki,  “Manchester United” yeni mövsüm öncəsi heyətinə hücumçular qatır.

“Manchester United”in ötən mövsüm İtaliya A Seriyasında “Bologna“dakı çıxışı ilə diqqət çəkən Joshua Zirkzee üçün müqavilə şərtləri ilə bağlı razılığa gəldiyi bildirilib.

Hollandiyalı mərkəz forvardının sərbəst qalma məbləğinin 40 milyon avro olduğu və transfer haqqı ilə bağlı danışıqların davam etdiyi bildirilib.


Ötən mövsüm “Bologna”nın heyətində 37 matçda iştirak edən Joshua Zirkzee 12 qol vurub, 7 məhsuldar ötürmə edib.

2022/23 mövsümündə İtaliya yığması ilə müqavilə imzalayan 23 yaşlı hücumçu daha əvvəl karyerasında “Bayern Munich”, “Anderlecht”, “Parma”, “Feyenoord” ve “Ado Den Haag” klublarında çıxış edib.

Bahar Rüstəm