Bakı, 1 noyabr, Sporaz.tv
“Manchester United“(Mançester Yunayted)-in baş məşqçi təyin etdiyi Ruben Amorim üçün “Sporting”-ə ödədiyi məbləğ açıqlanıb. Portuqaliya komandası, açıqlamasında “Manchester United”-ə transfer olunan məşqçisi üçün nə qədər pul aldığını açıqlayıb.
Sporaz.tv məlumat verir ki, “Manchester United”, Erik ten Hagla yollarını ayırıb və Ruben Amorimi baş məşqçi təyin edib. İngiltərə komandasının, Amorim üçün “Sporting”-ə nə qədər pul ödədiyi bəlli olub.
Sporting, “Manchester United”-in Ruben Amorim üçün onlara 11 milyon avro ödəyəcəyini açıqlayıb. “Manchester United”-dən verilən açıqlamada 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər qüvvədə olan müqavilə imzalandığı, müqavilədə +1 illik klub variantının olduğu bildirilib.
Sporting ilə məşqçilik karyerasında 6 kubokun 5-ni qazanan Ruben Amorim, 2020-21 və 2023-24 mövsümlərində Lissabon komandası ilə liqa çempionluğunu qazanıb.