“Manchester United”dən Ferdi Kadıoğlu qərarı

Bakı, 21 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-də bir nömrəli gündəm mövzusu Ferdi Kadıoğlunun gedişidir. “Brighton”un çox səy göstərdiyi türkiyəli futbolçu üçün “Manchester United”(Mançester Yunayted)-də gündəmdə idi. “Qırmızı şeytanlar”dan Ferdi Kadıoğlu ilə bağlı son qərar verilib.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün heyət planlamasını davam etdirən Fenerbahçedə gedişi gündəm olan adlardan biri də Ferdi Kadıoğludur. İngiltərə Premyer Liqasına gedəcəyi gözlənilən türkiyəli futbolçunun transferində isti irəliləyişlər var.

Ferdi Kadıoğlu, “Manchester United”lə yanaşı “Brighton”un da gündəmində olduğu halda, İngiltərə Premyer Liqa nəhəngi futbolçu ilə bağlı son qərarını verib.

“Manchester United”, Ferdi Kadıoğlunu transfer etməkdən vaz keçib.

Xəbər təfərrüatında zədəli olan Luke Shawun qısa zamanda komandaya dönəcəyi,Erik ten Hagın da sol cinah müdafiə nahiyəsində Mazraoui və Diogo Dalotdan istifadə edə biləcəyi vurğulanıb.

“Fenerbahçe”, bu yaxınlarda Ferdi Kadıoğlu üçün bonuslar da daxil olmaqla təxminən 35 milyon avroluq təklif edən “Brighton”dan bu rəqəmi artırmasını gözləyir.

Hər məsələdə “Brighton“la anlaşan türkiyəli futbolçu klubların razılığa gəlməsini gözləyir.

Bu mövsüm 5 matçda meydana çıxan və 298 dəqiqə meydanda olan Ferdi Kadıoğlu 1 qola töhfə verib.