“Manchester United”də gözlənilən transferlər edilir

Bakı, 1 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqasında “Manchester United” “Newcastle United“dən Dan Ashworth idman direktoru təyin etməyə hazırlaşır.

Sporaz.tv məlumat verir ki, yeni mövsümdən əvvəl Erik ten Hag ilə davam etməyə qərar verən “Manchester United” idman direktoru vəzifəsi üçün Den Ashworth ilə razılığa gəlib.

Athletic“də çıxan xəbərdə “Manchester United”in “Newcastle United”lə təzminat məbləği ilə bağlı razılığa gəldiyi bildirilib. “Manchester United” və “Newcastle United” uzun müddətdir ki, müqavilənin ləğvi haqqı ilə bağlı danışıqlar aparırlar.

Bildirilib ki, rəsmi açıqlama tezliklə veriləcək və Dan Ashworth “Manchester United”in yeni idman direktoru vəzifəsinə başlayacaq.

“Manchester United”in keçmiş idman direktoru John Murtough aprel ayında tutduğu vəzifədən istefa verib.

Ashworth əvvəllər Brighton, West Bromwich Albion, Cambridge United, Peterborough və İngiltərə Milli Komandasında çıxış edib.