“Manchester United”dən yeni antirekord

Bakı,13 may,Sporaz.tv

İngiltərənin “Manchester United” (Mançester Yunayted) klubu antirekorda imza atıb.

Sporaz.tv xarici mediaya istinadən xəbər verir ki, bu, komandanın İngiltərə Premyer Liqasının 37-ci turunda evdə “Arcenal”a 0:1 hesabı ilə məğlub olması ilə gerçəkləşib.

Manchester təmsilçisi cari mövsümdə bütün yarışlarda ev oyunlarında 9-cu məğlubiyyətini alıb. Bu, klub tarixində növbəti antirekorddur. “Manchester United”in oxşar nəticələri 1920/1921, 1930/1931, 1933/1934, 1962/1963 və 1973/1974 mövsümlərində qeydə alınıb.

Qeyd edək ki, komanda hazırda Premyer Liqada 36 turdan sonra 54 xalla 8-ci pillədə qərarlaşıb.