“Manchester United”dən Erik Ten Hag qərarı

Bakı, 12 iyun, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan Manchester United (Mançester Yunayted) baş məşqçisi Erik ten Hagla davam etmək qərarına gəlib.

Premyer Liqada tarixinin ən pis mövsümlərindən birini geridə qoyan Manchester United (Mançester Yunayted)-də baş məşqçi Erik ten Hagın gələcək taleyi müəyyənləşib.

Rəhbərlik hollandiyalı çalışdırıcının komandanın başında qalacağını bildirib. Gələn il müqaviləsi başa çatacaq 54 yaşlı çalışdırıcı ilə yeni müqavilə üçün danışıqlara başlanılacağı bildirilib.

Premyer Liqada mövsümü 60 xalla səkkizinci pillədə başa vuran Manchester United (Mançester Yunayted) İngiltərə kubokunun finalında Manchester City (Mançester Siti)-ni məğlub edərək çempion olub və UEFA Avropa Liqasına vəsiqə qazanıb.

İkinci mövsümünü Manchester United (Mançester Yunayted)-in sükanı arxasında keçirən Erik ten Hag ötən mövsüm Carabao Cup çempionluğunu qazanıb.