“Manchester United”də ayrılıq baş verə bilər

Bakı, 24 oktyabr, Sporaz.tv
Marcus Rashford Manchester United (Mançester Yunayted) ilə yollarını ayıra bilər.

Sporaz.tv xəbər verir ki, “Bayern”, “PSG” və “Marsel” oyunçu ilə yaxından maraqlanırlar. 

Rashfordun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdir. İngiltərə klubu onu 100 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.