Bakı, 15 oktyabr, Sporaz.tv
İngiltərə Premyer Liqa komandalarından biri olan Manchester United (Mançester Yunayted) xərclərin azaldılması proqramı çərçivəsində əfsanəvi baş məşqçi Sir Alex Fergusonun klub səfiri vəzifəsinə xitam verib.
Sporaz.tv xəbər verir ki, keçən il Manchester United (Mançester Yunayted)-in ortağı olmuş və futbol idarəçiliyini üzərinə götürən Sir Jim Ratcliffein rəhbərliyi altında INEOS, xərcləri azaltmaq üçün yeni qərarlar verməyə davam edir.
INEOS-un Sir Alex Fergusonun klub səfiri vəzifəsinə son qoyduğu və müqaviləsinə xitam verildiyi bildirilib. Qeyd edilib ki, Ferguson mövsümün sonunda postunu tərk edəcək.
Bu qərarın Jim Ratcliffein xərclərin azaldılması proqramı çərçivəsində Alex Fergusonla görüşməsi və daha pul almaq istəməməsi səbəbindən verildiyi bildirilib.
Alex Ferguson 1986-cı ildə Manchester United (Mançester Yunayted)-lə müqavilə imzalayıb.
Manchester United (Mançester Yunayted)-də 1490 oyun keçirən və 27 il vəzifəsində qalan Alex Ferguson qazandığı çoxsaylı kuboklarla tarixə düşüb.