“Manchester United” üçün yeni stadion: 100 min nəfərlik plan

Bakı, 30 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan Manchester United (Mançester Yunayted), “Old Trafford“un yerinə yeni stadion tikmək istəyir. 6 ilə tamamlanması gözlənilən yeni stadionun dəyərinin 2 milyard funt-sterlinqdən çox olacağı bildirilib.

Sporaz.tv xəbər verir ki, Manchester United (Mançester Yunayted), uzun illər istifadə etdiyi “Old Trafford”un yerinə yeni stadion tikməyi planlaşdırır.

Guardian qəzetində çıxan xəbərdə klubun səhmdarlarından olan Jim Ratclifeein yeni stadionun tikilməsini istədiyi və qərarın dekabrda veriləcəyi bildirilib.


Manchester United (Mançester Yunayted)-in yeni stadion üçün “Real Madrid” menecerləri ilə görüşdüyü və Santiago Bernabeu-nun təmir prosesi ilə bağlı məlumat aldığı, NFL komandalarından “Los Angeles Chargers” və “Los Angeles Rams”ın istifadə etdiyi SoFi Stadionunun da araşdırıldığı qeyd edilib.


Manchester United (Mançester Yunayted), yeni stadionunun tutumunu 100 min nəfərə çatdırmaq istəyir.

Manchester United (Mançester Yunayted), hazırda matçlarını 74 min 310 nəfər tutumlu Old Traffordda keçirir.