“Manchester United” təcrübəli futbolcusuyla müqavilə yenilədi

Bakı, 2 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Manchester United” təcrübəli qapıçısı Tom Heatonun müqaviləsinin 1 il uzadıldığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki,  “Manchester United” Tom Heatonla müqaviləni yeniləyib.

Klubdan verilən açıqlamada Tom Heatonun müqaviləsinin daha bir il uzadıldığı bildirilib.

38 yaşlı qolkiper komandaya 2021-ci ildə qoşulub. Heaton “Manchester United”in infrastrukturunda məşq edib və 2010-cu ildə komandadan ayrılıb.

Təcrübəli qolkiper ötən mövsüm heç bir matçda meydana çıxmayıb.

Bahar Rüstəm