Bakı, 1 noyabr, Sporaz.tv
“Manchester United” Ruben Amorimin 2027-ci ilə qədər baş məşqçi təyin edildiyini açıqlayıb.
Sporaz.tv xəbər verir ki, “Manchester United” Erik ten Haqla yollarını ayırıb və Ruben Amorimi baş məşqçi təyin edib.
İngilis nəhənginin verdiyi açıqlamada 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər qüvvədə olan müqavilə imzalandığı, müqavilədə +1 illik klub variantının olduğu bildirilib.
Ruben Amorimin komandaya bazar ertəsi, noyabrın 11-də qoşulacağı bildirilirdi.
Bahar Rüstəm