Bakı, 9 oktyabr, Sporaz.tv
İngiltərənin Manchester United (Mançester Yunayted) klubunun Karrinqtondakı təlim-məşq mərkəzində komandanın məşqlərini gizlətmək və oyunçuları əlverişsiz havadan qorumaq üçün nəhəng ağ divar tikilib.
“Report”-a istinadən xəbər verir ki, hasarın tikilməsi kluba 200 min funt-sterlinqə başa gəlib.
Divar “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Hagın xahişi ilə tikilib. 250 nəfərin işdən çıxarılmasından sonra inşa olunan qurğunun dəyəri klub əməkdaşlarında çaşqınlıq yaradıb.
Qeyd edək ki, Manchester United (Mançester Yunayted), İngiltərə Premyer Liqasında 7 turdan sonra 8 xalla 14-cü yerdə qərarlaşıb.