Bakı, 22 oktyabr, Sporaz.tv
Galatasaray (Qalatasaray)-lı azarkeşlərin matça ev tribunalarından bilet alması İngiltərədə trend mövzusuna çevrilib.
Sporaz.tv xəbər verir ki, Manchester United (Mançester Yunayted) Avropa Liqasında Rangers (Reyncers)-lə oyun öncəsi eyni vəziyyətin təkrarlanmaması üçün hərəkətə keçib.
Manchester United (Mançester Yunayted)-in ‘yüksək riskli’ matç üçün bilet satışını yalnız klub üzvlərinə açacağı iddia edilib.
İngiltərə nəhənginin klubun üzvü olmayan azarkeşlərə bilet satmayacağı bildirilib.
Manchester United (Mançester Yunayted) Rangers (Reyncers)-lə 23 yanvar 2025-ci ildə üz-üzə gələcək.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasında “Galatasaray” səfərdə “Manchester United”-i 3:2 hesabı ilə məğlub edib.