“Manchester United” daha bir transferi yekunlaşdırır

Bakı, 27 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Manchester United“(Mançester Yunayted), “Paris Saint Germain”-də çıxış edən Manuel Ugarteni heyətinə qatmağa hazırlaşır. “Manchester United” bu transfer üçün bonuslar daxil olmaqla 60 milyon avro ödəyəcək.

“Manchester United” Manuel Ugartenin transferini başa vurmaq üzrədir.

“Manchester United” və “Paris Sen Germain“in 50 milyon avroya transferi razılaşdığı bildirilib. Müqavilədə 10 milyon avro mükafat olduğunada vurğulayıb. 23 yaşlı futbolçunun bu gün sağlamlıq müayinəsindən keçəcəyi bildirilib.

“Manchester United” Ugartenin transferini tamamlamağa hazırlaşdığı üçün Scott McTominay ilə yollarını ayırır.

Scott McTominay üçün Napoli ilə anlaşan “Manchester United” bu transferdən 30 milyon avro qazanacaq.

Yay transfer pəncərəsinin bağlanmasına az qalmış “Manchester United” heyətini 4 gücləndirmə edib.

Erik ten Hagın komandası Leny Yoro, Matthijs de Ligt, Joshua Zirkzee və Noussair Mazraoui transferlərini həyata keçirib.

Futbol karyerasına Uruqvayın CA Fenix ​​komandasında başlayan Manuel Ugarte 2021-ci ildə “Famalicao”-ya transfer olunub.

Yarım mövsüm “Famalicao”da oynayan, daha sonra “Sporting”-lə müqavilə imzalayan 23 yaşlı yarımmüdafiəçi ötən il “Paris Saint Germain” ilə müqavilə imzalayıb.

Ugarte karyerası ərzində 200 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.