“Manchester United”-də Ruben Amorimi bəd xəbər gözləyir

Bakı, 29 oktyabr, Sporaz.tv

Manchester United“(Mançester Yunayted)-in yeni baş məşqçisi Ruben Amorimdir. Portuqaliyalı çalışdırıcını pis xəbər gözləyir. İngilis nəhəngi qış transfer pəncərəsində komandanı gücləndirə bilməyəcək.

Sporaz.tv məlumat verir ki, “Manchester United” rəhbərliyi, “West Ham“-a 2:1 hesabı ilə uduzduqları matçdan sonra baş məşqçi Erik Ten Hagla yollarını ayırıb. “Qırmızı şeytanlar”, hollandiyalı çalışdırıcıya 17 milyon avro təzminat ödəyəcək.

“Manchester United”, yay transfer dövründə Joshua Zirkzee, Matthis de Ligt və Leny Yoro kimi önəmli adları transfer edib və 213 milyon avro xərcləyib. Scott McTominay və Mason Greenwood kimi adlarla yollarını ayıran ingilis nəhəngi, seyfinə 103 milyon avro qoymasına baxmayaraq, yay transfer dövrünü 110 milyon avro zərərlə bağladı.

ManU, Erik Ten Haga böyük təzminat ödəyəcək və Ruben Amorim üçün Sportingə 10 milyon avro transfer haqqı ödəyəcək.

“Manchester United”, qış transfer pəncərəsi üçün büdcəsini artıq tükətib.

Guardian xəbərinə görə, Premyer Liqanın qoyduğu qaydalara əməl etmək istəyən “Manchester United” rəhbərliyi, futbolçularını satmadan transfer etməyəcək. Erik Ten Haqın rəhbərlik etdiyi təxminən 2,5 il ərzində transferlərə 600 milyon funt sterlinq xərclənib.

United rəhbərliyi, heç bir şəkildə Mainoo, Garnacho və Hojlundu satmağı düşünmür, lakin Marcus Rashford diqqətdən kənarda qalıb. İngilis futbolçu üçün 60 milyon funt-sterlinq transfer qiyməti gözlənilir.