“Manchester City”nin ulduzu üçün ayrılıq xəbəri

Bakı, 30 iyul, Sporaz.tv

Manchester City“nin baş məşqçisi Pep Guardiola komandadan ayrılmaq istəyən Julian Alvarezin gələcəyinin hələ bəlli olmadığını bildirib. Julian Alvarez qərarını 2024-cü il Paris Olimpiadasından sonra verəcəyini bildirib.

Sporaz.tv xəbər verir ki,İngiltərə Premyer Liqasında son 4 mövsümün çempionu olan Julian Alvarezin “Manchester City”dəki gələcəyi qeyri-müəyyəndir.

“Manchester City”nin heyətində 103 matça çıxan 24 yaşlı futbolçu 36 qol vurub, 18 məhsuldar ötürmə edib.

Bahar Rüstəm