“Manchester City”nin rekordu qırmasına 1 matç qaldı

Bakı, 19 sentyabr, Sporaz.tv

Manchester City (Mançester Siti), “İnter”lə matçla Çempionlar Liqasındakı məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb.

Sporaz.tv xəbər verir ki,  Pep Guardiolanın komandası daha bir matçda məğlubiyyətsiz qalsa, Çempionlar Liqası rekordunu bölüşəcək.

Bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında qalib gələn Manchester City (Mançester Siti), rəsmi matçlarda ilk xal itkisini alıb. A Seriyasının ötən mövsüm çempionu “İnter” isə rəsmi matçlarda üçüncü heç-heçəyə imza atıb.
 Pep Guardiolanın komandası bu 24 qarşılaşmada 16 qələbə və 8 heç-heçə əldə edib.

Çempionlar Liqası mərhələsinin ikinci matçında “Slovan Brasitlava“nı qəbul edəcək  Pep Guardiolanın komandası, bu görüşdə məğlubiyyətsiz qalsa, Manchester United (Mançester Yunayted)-in rekorduna şərik olacaq.

Manchester City (Mançester Siti), Çempionlar Liqası tarixində ilk qələbəsini 2023-cü ildə qazanıb.

Leave a Reply