“Manchester City”nin qapıçısı Ederson qərarını verib

Bakı, 3 avqust, Sporaz.tv

Manchester City“nin qapıçısı Ederson Səudiyyə Ərəbistanının “Al İttihad” komandasından aldığı transfer təklifini rədd edib. Səudiyyə Ərəbistanı yığması La Liqadan yeni qapıçısını tapıb.

Sporaz.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının “Al İttihad” komandasının transfer gündəmində olan “Manchester City”nin qapıçısı Ederson gələcəyi ilə bağlı qərarını verib.

İngiltərə yığmasının baş məşqçisi Pep Guardiola bir müddət əvvəl braziliyalı qolkiperin transfer vəziyyəti ilə bağlı açıqlama vermişdi: “Edersonun gələcəyinə ən qısa zamanda qərar verməsini istəyirəm. Ümid edirəm ki, o, bizimlə qalacaq. O, hörmət etdiyim və sevdiyim insandır. O, əla qapıçıdır, amma getməli olsa, başa düşəcəm”.

Guardiolanın sözlərindən sonra qərarını verən Ederson, İtalyan jurnalist Fabrizio Romanonun xəbərinə görə karyerasını “Manchester City”də davam etdirməyi seçib.

Bu arada “Al İttihad”ın “Mallorca”nın qapıçısı “Predrag Rajkovic”lə anlaşdığı iddia edilib. Səudiyyə klubunun bu transfer üçün La Liqa təmsilçisinə 11 milyon avro transfer haqqı ödəyəcəyi bildirilib.

Bahar Rüstəm