“Manchester City”in yarımmüdafiəçisi İtaliya klubunda icarədə

Bakı, 25 avqust, Sporaz.tv

İngiltərənin “Manchester City“(Mançester Siti) klubunun yarımmüdafiəçisi Maximo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.