Bakı, 25 avqust, Sporaz.tv
İngiltərənin “Manchester City“(Mançester Siti) klubunun yarımmüdafiəçisi Maximo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.
O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.
Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.