“Manchester City”dən sürpriz hücumçu

Bakı, 21 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqasında “Manchester CityJulian Alvarezi “Celtic“dən Kyogo Furuhasi ilə əvəzləmək istəyir.

Sporaz.tv xəbər verir ki, Premyer Liqada son 4 mövsümün çempionu olan “Manchester City” yeni mövsümə qələbə ilə başlayıb.

“Chelsea”dən səfərdə 2:0 hesablı qələbə ilə dönən Pep Guardiolanın komandası mövsümü 3 xalla açıb.

Manchester komandasında transfer cəhdləri davam edərkən, hücum xətti üçün sürpriz bir futbolçu gündəmə gəlib.

“Manchester City”nin yaxşı variant ortaya çıxacağı təqdirdə transfer etmək istədiyi, lakin hələlik heç bir futbolçu ilə razılığa gəlmədiyi bildirilib.

Forvard transferinə namizədlər arasında Şotlandiyanın Premyer Liqa təmsilçisi “Celtic”də çıxış edən Kyogo Furuhasinin də olduğu bildirilib.

Kyogo “Celtic”ə 2021-ci ildə “Vissel Kobe”dən keçib.

“Celtic”lə 2027-ci ilə qədər müqaviləsi olan yaponiyalı futbolçu 135 matçda 73 qol vurub və 7 kubok qazanıb.

“Manchester City” qısa müddət ərzində keçmiş futbolçusu İlkay Gündoğanın transferini açıqlaya bilər.

“Barcelona”dan ayrılmağa hazırlaşan İlkay Gündoğanın “Manchester City” ilə 1+1 illik müqavilə imzalaması gözlənilir.

Bahar Rüstəm