“Manchester City”dən qələbə

Bakı, 15 may, Sporaz.tv

İngiltərə Premyer Liqasında təxirə salınmış oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “Manchester City( Mançester Siti) səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 88-ə çatdıran “Mançester Siti” liderliyə yüksəlib. “Arsenal” isə 86 xalla ikinci pillədə qərarlaşıb.

Mənbə: AZƏRTAC