“Manchester City”də Pep Guardiola qərarı gözlənilir

Bakı, 16 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Manchester City” baş məşqçi Pep Guardiolanın gələcəyi ilə bağlı hələ qərar verməyib.

Sporaz.tv xəbər verir ki, “Manchester City” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq Pep Guardiolanın komandada qalıb-qalmayacağı hələ dəqiqləşməyib.

2016-cı ildə “Manchester City” ilə müqavilə imzalayan və 8 ildir İngiltərə komandasını çalışdıran Qvardiolanın tezliklə qərar verəcəyi gözlənilmir.

“Guardian” qəzetində çıxan xəbərdə Pep Guardiolanın “Manchester City”də davam edib-etməyəcəyi ilə bağlı qərarını ən tez dekabr ayında verəcəyi bildirilib.

“Manchester City” rəhbərliyinin Pep Guardiola ilə davam etmək istədiyi qeyd edilib.

Guardiola bu yaxınlarda “Manchester City” ilə müqaviləsini 2022-23 mövsümü üçün uzadıb və 2024/25 mövsümünün sonuna qədər komandada qalacağını açıqlayıb.

“Manchester City”nin yay transfer dövründə edəcəyi gedişlərin komandadan ayrılacaq futbolçulardan asılı ola biləcəyi bildirilib.

Ederson üçün Səudiyyə Ərəbistanından təkliflərin olduğu, Bernardo Silvanın 50 milyon avroluq sərbəst qalma müddəasına görə onunla maraqlanan komandaların ola biləcəyi bildirilib.

Bahar Rüstəm