“Manchester City” UEFA Çempionlar Liqasında iştirak etməyəcək?

Bakı, 15 may, Sporaz.tv

İngiltərənin Manchester City “Mançester Siti” və ya İspaniyanın Girona “Jirona” komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etməyə bilər.

Sporaz.tv Azərtac-a istinadən xəbər verir ki, buna hər iki kluba eyni şirkətin – “City Football Group”un sponsorluq etməsidir.

Avropa futbol klubundan Manchester təmsilçisinə göndərilən məktubda bildirilib ki, hər iki komandanın qitənin əsas turnirində iştirakı üçün şirkət klublardan birindəki səhmlərini azaldıb 30 faizdən aşağı salmalıdır.

“City Football Group” hazırda Manchester City (Mançester Siti)-nin 100, “Gırona (Jirona)-ın isə 47 faizinə sahibdir. Ehtimal olunur ki, şirkət La Liqa təmsilçisindəki səhmlərini azaldacaq. Əks halda Çempionlar Liqasına vəsiqə qazanan İspaniya klubu Avropa Liqasında mübarizə aparmalı olacaq.

Mənbə: Azərtac