“Manchester City” səfərdə rəqibi darmadağın edərək çempionluğa yüksəldi

Bakı,11 may,Sporaz.tv

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.

Sporaz.tv verir ki, çempionluq mübarizəsi aparan “Manchester City“(Mançester Siti) səfərdə “Fullham”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Josko Gvardiol (2 qol), Phil Foden və Julian Alvarez vurublar.

Bu nəticədən sonra xallarını 85-ə yüksəldən “Manchester City”(Mançester Siti) liderliyə yüksəlib. “Arsenal” isə 83 xalla ikinci pillədə qərarlaşıb