Bakı, 24 oktyabr, Sporaz.tv
UEFA Çempionlar Liqasının 3-cü həftəsində Manchester City (Mançester Siti) öz meydanında “Sparta Praga”nı qəbul edib.
Sporaz.tv xəbər verir ki, Pep Guardiolanın idarə etdiyi ingilis nəhəngi Etihad Stadiumda keçirilən görüşdə rəqibini 5:0 hesabı ilə məğlub edib.
Meydan sahiblərinə qələbə qazandıran qolları 3-cü dəqiqədə Phil Foden, 58-ci və 68-ci dəqiqədə Erling Haaland, 64-cü dəqiqədə Stones, 88-ci dəqiqədə isə penaltidən Nunes vurub.
Bu qələbə ilə Manchester City (Mançester Siti) xallarını 7-yə çatdırıb, “Sparta Praga” isə 4 xalda qalıb.