Manchester City, Savionu ictimaiyyətə açıqladı

Bakı, 19 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa təmsilçisi Manchester City (Mançester Siti), Fransanın “Troyes” komandasından 20 yaşlı braziliyalı sağ cinah oyunçusu Savionu transfer edib.

Sporaz.tv xəbər verir ki, İngilis klubundan edilən şərhdə, “Braziliyalı cinah oyunçusu Savio ilə 2029-cu ilə qədər 5 illik müqavilə imzaladığımızı elan etməkdən xoşbəxtik”.- deyildi.

Savio, keçən mövsümü icarə əsasında “Girona”da keçirdi və İspaniya komandasının tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına kömək etdi.

Kataloniya klubu Real MadridBarcelonadan sonra 3-cü pillədə qərarlaşdığı halda, Savio 11 qol vurub və 10 məhsuldar ötürmə edib.