Bakı,11 may,Sporaz.tv
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.
Sporaz.tv verir ki, çempionluq mübarizəsi aparan “Manchester City“(Mançester Siti) səfərdə “Fullham”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Josko Gvardiol (2 qol), Phil Foden və Julian Alvarez vurublar.
Bu nəticədən sonra xallarını 85-ə yüksəldən “Manchester City”(Mançester Siti) liderliyə yüksəlib. “Arsenal” isə 83 xalla ikinci pillədə qərarlaşıb