“Manchester City” oyunçusundan əsrin rekordu

Bakı, 1 sentyabr, Sporaz.tv

Manchester City“(Mançester Siti)-nin futbolçusu Erling Haaland İngiltərə Premyer Liqasında əsrin rekorduna imza atıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna “West Ham United“( Vest Ham)-a qalib gəldikləri III turun matçında het-trik etməklə nail olub.

O, ötən tur “Ipswich”(İpsviç)-lə (4:1) görüşdə də üç qol vurmuşdu.

Norveçli forvard 1994-cü ildən bəri İngiltərə çempionatında bunu bacaran ilk oyunçudur.

Qeyd edək ki, Erling Haaland hazırda 7 qolla Premyer Liqanın bombardiridir.