Bakı, 5 noyabr, Sporaz.tv
İngiltərənin “Manchester City” (Mançester Siti) komandasının hücumçusu Erlinq Holann zədələnib.
Sporaz.tv xarici mətbuata istinadən xəbər verir ki, norveçli forvard Çempionlar Liqasının IV turunda “Sportinq”lə (Portuqaliya) keçiriləcək oyunöncəsi məşq zamanı sağ ayağından zədə alıb.
24 yaşlı hücumçunun həmin oyunda oynayıb-oynamayacağı hələ bəlli deyil.
Qeyd edək ki, “Sporting” (Sportinq)-“Manchester City” (Mançester Siti) oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.