“Manchester City”-nin futbolçusu üsyan etdi: “Futbolu tərk edəcəm”

Bakı, 17 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqası komandası Manchester City (Mançester Siti)-də çıxış edən 29 yaşlı isveçrəli Manuel Akanji, gərgin matç cədvəlini tənqid edib. Akancı “Bizim də bir həyatımız var. Bu templə 30 yaşımda futbolu atacağam” dedi.

Sporaz.tv xəbər verir ki, gərgin matç tempini tənqid edən Akanjı, 1 ildən sonra futbolu tərk edə biləcəyini bildirib.

29 yaşlı Manuel Akanji, “FIFAUEFA davamlı olaraq matç cədvəlini artırır. Siz də futbolçuları düşünməlisiniz. Çox çalışa bilərik, amma biz də insanıq. Bizim də bir həyatımız var. Bu gedişlə 30 yaşımda futbolu atacağam. Artıq bezmişəm”.

Təcrübəli müdafiəçi, ötən mövsüm klub və milli komandanın heyətində 56 matçda iştirak edib. Uğurlu futbolçu, bu görüşlərdə 4 qol vurub.

Futbolda matçların sayının çox olması ilə bağlı ən yaddaqalan tənqidi bir neçə il əvvəl Manchester City (Mançester Siti)-nin baş məşqçisi  Pep Guardiola səsləndirmişdi.

Kataloniyalı menecer, “Mövcud vəziyyət yüksək səviyyəli futbolçuların performansını aşağı salır. Bu matç cədvəli ilə baş etmək üçün ili 400 günə qədər uzatmaq lazımdır”-sözlərini deyib.

Leave a Reply