“Manchester City”- “Barcelona” ilə qarşılaşacaq

Bakı, 29 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan Manchester City (Mançester Siti) ilə La Liqada mübarizə aparan “Barcelona” yeni mövsüm öncəsi yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm çempionluq yarışında “Real Madrid“dən geri qalan “Barcelona”, yeni mövsümdə çempionluğu hədəfləyib. Guardiolanın çalışdırdığı Manchester City (Mançester Siti), İngiltərədə çempionu olsa da, Çempionlar Liqası ilə erkən vidalaşıb.

Manchester City (Mançester Siti) – “Barcelona” matçı, 31 iyul çərşənbə günü saat 03:00-da keçiriləcək.

Qarşılaşma, Camping World Stadiumunda oynanılacaq .